Modern.az

Daha 10 bağça müdiri işdən ÇIXARILDI

Daha 10 bağça müdiri işdən ÇIXARILDI

15 İyul 2022, 16:02

Təhsil Nazirliyi tərəfindən dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir.

 

Nazirlikdən Modern.az verilən xəbərə görə, aparılmış monitorinqlər nəticəsində 10 nəfər məktəbəqədər təhsil müəssisənin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub, 3 nəfər bağça müdiri əvəzinin həvalə əmri ləğv olunub, 6 nəfər bağça müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 5 nəfərə töhmət, 2 nəfərə isə xəbərdarlıq verilib.

 

Qeyd edək ki, aparılmış yoxlamalar nəticəsində bundan əvvəl 11 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə, 30 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri isə çalışmanın yaş həddinə çatdığı üçün tutduğu vəzifədən azad olunub.

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu