Romanın yeni Papası Xorxio Mario Berqolionun fəal facebook istifadəçisi olduğu məlum olub. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, katolik ruhanilərinin yeni liderinin facebook səhifəsində 40 mindən çox izləyicisi var. Sosia; şəbəkədən mütəmadi istifadə edən Xorxio Mario Berqolio hətta dünən Papa seçildikdən sonra facebook səhifəsindən tərəfdarlarına təbrik mesajlarını çatdırıb.
Qeyd edən ki, Romanın yeni Papası Xorxe Mario Berqolio 1936-cı il dekabrın 17-də Argentinada, anadan olub. 2001-ci il fevralın 21-dən kardinal rütbəsi daşıyır. 2005-ci ildə Roma papası seçkisində XVI Benediktin əsas rəqiblərindən biri olub. 2011-ci ildən Buones-Ayres yepiskopluğunun baş yepiskopu idi.
A.RÜSTƏMOV