Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulla bağlı sistemdə yaranan problemə münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Modern.az-a bildirib ki, elektron qəbulla bağlı çoxsaylı müraciətlər olduğundan sistemin işində bir neçə dəqiqəlik problem yaranmışdı:
“Hazırda sistem normal çalışır. Nəzərə alaq ki, bu sistem bağçalarla bağlı ilk elektron tətbiqdir. Bildirmək istərdik ki, bu proses sentyabrın 14-dək davam edəcək. Valideynlər həmin vaxtadək uşaqlarını elektron olaraq qeydiyyatdan keçirmək imkanına malikdirlər”.