II və III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının ikinci cəhdi üzrə nəticələri bu həftə ərzində elan ediləcək.
Bununla bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edək ki, II və III ixtisas qrupları üzrə qəbul imtahanları iyulun 6 və 7-də keçirilib.