Məktəbəqədər təhsil müəssisələrinə onlayn qeydiyyatdan keçən valideynlərin sayı açıqlanıb.
Bununla bağlı Modern.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
O bildirib ki, son üç gün ərzində məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) üzərindən 14 417 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 12 322 uşaq isə valideynlər tərəfindən məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə iyulun 18-dən etibarən start verilib.