Modern.az

Heydər Əliyev Mərkəzi müəllimlər arasında müsabiqə elan edib

Heydər Əliyev Mərkəzi müəllimlər arasında müsabiqə elan edib

15 Mart 2013, 17:36



Heydər Əliyev Mərkəzi Azərbaycanın orta ümumtəhsil məktəblərinin müəllimləri arasında «Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm» adlı müsabiqə elan edib.
Modern.az-ın məlumatına görə, müsabiqə görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilir.

Müsabiqəyə təhsil sistemində tətbiq edilə biləcək müasir yanaşma və metodlar, xarici təcrübə ilə bağlı təklifləri əks etdirən məqalələr təqdim oluna bilər.

Məqalələr araşdırma xarakterli olmalı, 12 ölçülü Times New Roman şriftində, 8-9 min çap işarəsi həcmində təqdim edilməlidir.

Müsabiqəyə bu vaxtədək dərc olunmamış yazılar qəbul olunur.

Məqalələr 25 mart 2013-cü il tarixindən 25 aprel 2013-cü il tarixinədək Heydər Əliyev Mərkəzinin [email protected] və ya [email protected] elekton poçt ünvanına göndərilməlidir.

Məqalələri həmçinin Heydər Əliyev Mərkəzinə (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti) təqdim etmək olar.

Məqalənin sonunda yazının bu müsabiqəyə təqdim edildiyi göstərilməli, müəllifin çalışdığı məktəbin nömrəsi, məktəbin yerləşdiyi ünvan, elektron poçt ünvanı, əlaqə telefonları qeyd olunmalıdır. Həmçinin müəllifin şəxsiyyətini təsdiq edən sənədinin surəti göndərilməlidir. Elektron poçt vasitəsilə göndərilən fayllara şəxsiyyəti təsdiq edən sənədin foto-surətinin elektron versiyası əlavə edilməlidir.

Qaliblərə aşağıdakı mükafatlar təqdim ediləcək.

1-ci yerin qalibi üçün
1 ədəd noutbuk (1 illik internet paketi ilə) və 1 ədəd planşet kompüter

2-ci yerin qalibi üçün
1 ədəd masaüstü kompüter (1 illik internet paketi ilə)

3-cü yerin qalibi üçün
1 ədəd planşet kompüter

Müsabiqədə fərqlənən daha 20 nəfərə həvəsləndirici mükafat – mini planşet  kompüterlər təqdim olunacaq.

Müsabiqə ilə bağlı suallar (+994 12) 505 60 01 əlaqə telefonunda cavablandırılır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu