Modern.az

Müəllim olmaq istəyən 11 nəfərin nəticəsi ləğv edildi

Müəllim olmaq istəyən 11 nəfərin nəticəsi ləğv edildi

25 İyul 2022, 10:02

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata əsasən, 7 iş günündə keçirilən imtahanlarda 44 363 nəfər namizəd iştirak edib. 

 

Bildirilib ki, tes imtahanları Bakı, Gəncə, Ağcabədi, Lənkəran, Şamaxı, Mingəçevir, Salyan, Sumqayıt, Xaçmaz və Yevlaxda yaradılmış 15 imtahan mərkəzində təşkil olunub. Bu mərhələdə iştirak edən namizədlərdən 11 nəfərin nəticəsi imtahan qaydalarını pozduğu üçün ləğv edilib.

 

Növbəti mərhələdə namizədlərin vakansiya seçimi və müsahibə prosesi həyata keçiriləcək. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi