Modern.az

BAXCP-dən “El” təkzibi: “Təkcə Maşallah Abdullayev gedib”

BAXCP-dən “El” təkzibi: “Təkcə  Maşallah Abdullayev gedib”

16 Mart 2013, 12:53

 “Təşkilatının digər üzvlərinin də partiyadan getməsi barədə yayılan məlumatlar doğru deyil”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Baş katibi Söhrab Abdullayev BAXCP Goranboy rayon təşkilatının sədri Maşallah Abdullayevin və rayon təşkilatının digər üzvlərinin partiyadan getməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Söhrab Abdullayev bildirib ki, Maşallah Abdullayevin partiyadan getməsi və «El» hərəkatına qoşulması ilə bağlı məsələ BAXCP İdarə Heyətinin martın 18-də keçiriləcək növbəti iclasında rəsmiləşdiriləcək:

«Maşallah Abdullayevlə yanaşı BAXCP Goranboy təşkilatının digər üzvlərinin də partiyadan getməsi barədə mətbuatda yayılan məlumatlar doğru deyil. Maşallah Abdullayevə isə uğurlar arzılayırıq».

A.RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu