İran sərhədçiləri tərəfindən 17 Azərbaycan vətəndaşını saxlanılıb. Modern.az İranın “İRNA” xəbər agentliyinə istinadən xəbər veriri ki, bu barədə , İran sərhəd qoşunlarının komandiri, briqada generalı Hüseyn Zülfüqari məlumat verib.
O bildirib ki, cari ilin mart ayı ərzində İran-Azərbaycan sərhədində İranı qeyri-qanuni yolla tərk etmək istəyən 17 Azərbaycan vətəndaşı saxlanılıb.
Qeyd edilib ki, saxlanılan Azərbaycan vətəndaşlarından 15-ni kişi, 2-si qadındır.
Anar RÜSTƏMOV