"Qabaqcıl elmi-tədqiqat nəşrlərində önə çıxacaq 2 elmi-tədqiqat universiteti yaradılacaq".
Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, dövrün sonuna qədər 4 min nəfərin peşə təhsilində qısamüddətli təlimlərə cəlb edilməsi həyata keçiriləcək:
"Əlində peşəsi olan, lakin bunu təhsillə rəsmiləşdirməmiş şəxslərin peşə təhsilinə cəlb edilməsi də prioritetlərdən biridir. Yəni, hansısa peşə fəaliyyəti ilə məşğul olan, lakin bunu kiməsə baxıb öyrənmiş şəxslər peşə təhsilinə cəlb edilərək, gördüyü işi rəsmiləşdirəcəklər. Dövrün sonuna qədər 35 min nəfərin bu cür təhsilə cəlb edilməsi nəzərdə tutulur".