Modern.az

“Şəffaf olmasaydıq, bütün suallar satılardı” – Emin Əmrullayev

“Şəffaf olmasaydıq, bütün suallar satılardı” – Emin Əmrullayev

Təhsil

27 İyul 2022, 11:58

"Hər şeyi eyni anda yaxşı etmək asan deyil. Biz imtahanların şəffaf keçirilməsində maraqlı tərəf olmasaydıq, bütün suallar satılardı".

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib. 

 

"İmtahanların şəffaflığında maraqlı olmadığımızı sübut edən əsaslı arqument yoxdur", - deyən nazir MİQ suallarının satılması ilə bağlı araşdırma aparıldığını sözlərinə əlavə edib:

 

"Sualların satılmasının səbəbini araşdırırıq. Təhsil Nazirliyi, Təhsil İnstitutu şəffaflıqda maraqlı deyildisə, niyə sualları paylaşırdıq. Sual satmaq həvəsimiz varsa, bütün fənlərdən bütün sualları satardıq. Nöqsan hər bir işdə olur. Mənə görə, bu hadisə bir adamın mənəviyyatsız davranışdır. Müəllim adına yaraşmayan hərəkətdir".

 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində müəlliflərdən biri olan Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI