Modern.az

Yoluxma artsa, distant təhsilə keçiləcək

Yoluxma artsa, distant təhsilə keçiləcək

Təhsil

27 İyul 2022, 12:21

"Pandemiyanın sürprizləri çox olub, proqnozlaşdırmaq çətindir. Amma biz bu iki ildə təhsilin koronavirus şəraitində idarəsi ilə əlaqədar təcrübə topladıq". 

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib. 

 

Nazir qeyd edib ki, bu il yoluxma sayı artarsa, qismən məhdudlaşma tətbiq oluna bilər:

 

"Biz yoluxmanın indikindən qat-qat çox olduğu yanvar-fevral aylarında məktəbləri bağlamadıq. Payız aylarında yoluxma sayı artarsa, ayrı-ayrı siniflər müvəqqəti distant təhsilə keçə bilər. Amma məktəblərin tamamilə bağlanmasına az ehtimal verirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI