Modern.az

Xanımlar niyə müəllim olmaq istəyir? - SƏBƏB

Xanımlar niyə müəllim olmaq istəyir? - SƏBƏB

27 İyul 2022, 12:33

"Qadınların müəllimliyə meyl etməsi bir çox ölkələrə xas məsələdir". 

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib. 

 

O qeyd edib ki, əvvəllər müəllimlərin əməkhaqqı az idi və savadlı insanların heç də hamısı müəllim olmaq istəmirdi: 

 

"Amma son 7-8 ildə isə ən çox artan bəlkə də müəllimlərin maaşıdır. İndi biz bu sahəyə marağın da artdığını görürük. Müəllim ştatı yarım günlük tədrisdən ibarətdir. Biz patriarxal cəmiyyətdə yaşayırıq, ona görə qadınlar uşaqların qayğısına qalmaq üçün daha çox vaxt qalsın deyə müəllimliyə meyl edirlər. Gender bərabərliyinin təmin edilməsində bizdən asılı olmayan səbəblər var. Bizdən asılı olan məqamlarda isə buna çalışırıq. Məsələn, son zamanlar qadın məktəb direktorlarının sayının artıb. Çünki sağlam rəqabət mühiti formalaşıb".

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI