Modern.az

Emin Əmrullayev tədris müddətinin artırılmasını İSTƏYİR

Emin Əmrullayev tədris müddətinin artırılmasını İSTƏYİR

Təhsil

27 İyul 2022, 12:36

"Orta məktəb təhsilinin müddətinin artırılması arzu edilir". 

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib. 

 

Nazirin sözlərinə görə, bizim cəmiyyətdə fikir var ki, uşaq az oxusun, amma çox yaxşı nəticə göstərsin:

 

"Məsələn, olimpiadada yaxşı nəticə göstərən uşaqlar gündəlik 12-14 saat dərslə məşğul olurlar. Gündəlik 2 saat oxumaqla bu nəticəni göstərmək olmur. Valideynlər istəyir ki, uşaqlar az oxusun, yorulmasın. Bunu övladlarını çox sevdiklərinə görə edirlər. Amma bu, uşağı təhsilə həvəsləndirmir. Biz çalışmalıyıq ki, təhsilə həvəsi artıraq. Məktəb dövründə çox istirahət edən uşaqların gələcək həyatı, karyerası ilə bağlı çətinlikləri ola bilir.  

 

Daha çox hava şəraiti ilə bağlı müraciət edirlər ki, təhsil müddəti qısaldılsın. Amma mən inanmıram ki, dərslər sentyabrın 1-i başlayıb, mayın 31-i bitsə, təhsildə ciddi nailiyyətlər əldə edə bilək".

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI