Modern.az

Prezident Bakıda beynxalq konfransa qatılıb FOTOLAR

Prezident Bakıda beynxalq konfransa qatılıb FOTOLAR

18 Mart 2013, 11:05

Martın 18-də Bakıda “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq konfrans işə başlayıb. Modern.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.

BMT-nin, Azərbaycan hökumətinin və İSESCO-nun təşkilatçılığı ilə keçirilən konfransda dövlətimizin başçısı açılış nitqi söyləybi.

Sonra BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov çıxış edib.  Daha sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edib.

Konfransda 50 ölkəni və 20 beynəlxalq təşkilatı təmsil edən nümayəndələr iştirak edirlər.
Beynəlxalq konfrans martın 19-da başa çatacaqdır.


Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu