Modern.az

İsmayıllının icra başçısı 200 nəfərə iş verdi

İsmayıllının icra başçısı 200 nəfərə iş verdi

18 Mart 2013, 14:24

Martın 17-də İsmayıllı rayonun yeni icra başçısı Mirdaməd Sadıqovun göstərişi ilə işsiz rayon sakinləri üçün əmək yarmarkası keçirilib. Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, sakinlərin iş problemlərinin həlli üçün əlindən gələni edəcəyini söz verən icra başçısı bu istiqamətdə ciddi tədbirlərin görüləcəyini bildirib.

Əmək yarmarasında 400 iş yeri təklif olunub. Yarmarkada iştirak edənlərin böyük əksəriyyəti gənclərdən ibarət olub. Yarmarkanın  sonunda  186 nəfər  işlə təmin olunub. Bildirilib ki, yaxın aylarda İsmayıllıda yeni iş yerləri açılacaq, işsiz insanlarımn sayı minimuma enəcək.

A.RÜSTƏMOV
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular