Modern.az

Heydər Əliyev Mərkəzi gənclər arasında müsabiqə elan etdi

Heydər Əliyev Mərkəzi gənclər arasında müsabiqə elan etdi

18 Mart 2013, 15:20



Modern.az
xəbər verir ki, Heydər Əliyev Mərkəzi gənclər arasında “Azərbaycanımla fəxr edirəm" adlı yazı müsabiqəsi elan edib. Müsabiqə Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar istedadlı gənclər arasında keçirilir.

Müsabiqəyə təqdim olunan məqalələr Azərbaycanın  müxtəlif sahələrdəki nailiyyətləri, ölkənin  inkişafında gənclərin rolu, bu istiqamətdə gənclərin verə biləcəyi töhfələrlə bağlı olmalıdır.

Azərbaycan gənci bütün bu sahələrdə fikir və təkliflərini “Azərbaycanımla fəxr edirəm” adlı məqalədə bölüşə və qalib ola bilər.

Müsabiqəyə bu vaxtədək dərc olunmamış yazılar qəbul olunur.

Müsabiqəyə göndərilən məqalələr araşdırma xarakterli olmalıdır. Məqalələr 12 ölçülü Times New Roman şriftində, 5-6  min çap işarəsindən az olmamaqla təqdim edilməlidir.

Məqalənin sonunda yazının bu müsabiqəyə təqdim edildiyi göstərilməli, müəllifin adı, soyadı, elektron poçt ünvanı, əlaqə telefonları qeyd olunmalı, müəllifin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməlidir.

Elektron poçt vasitəsilə göndərilən məqaləyə şəxsiyyəti təsdiq edən sənədin foto-surətinin elektron versiyası əlavə olunmalıdır.

Müsabiqəyə məqalələr 27 mart 2013-cü il tarixindən  27 aprel 2013-cü il tarixinədək Heydər Əliyev Mərkəzinə (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti) və ya Mərkəzin [email protected], yaxud  [email protected] elekton poçt ünvanlarına göndərilməlidir.

Qaliblərə mükafatlar təqdim olunacaqdır.

Mükafatlar:

1-ci yerin qalibi üçün
1 ədəd noutbuk və 1 illik internet paketi

2-ci yerin qalibi üçün  
1 ədəd masaüstü kompüter və 1 illik internet paketi

3-cü yerin qalibi üçün
1 ədəd planşet kompüter və 1 illik internet paketi

Müsabiqədə fərqlənən daha 20 nəfərə həvəsləndirici mükafat – mini planşet  kompüterlər təqdim olunacaq.

Müsabiqə ilə bağlı suallar Heydər Əliyev Mərkəzinin (+994 12) 505 60 01 əlaqə telefonunda cavablandırılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular