Sabah paytaxın ən böyük prospektlərindən olan Neftçilər prospekti müvəqqəti olaraq bağlanacaq. Bu barədə Modern.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.
O bildirib ki, sabah Bakıda keçiriləcək bayram tədbirləri ilə əlaqədar Neftçilər prospektində səhər saat 9:00-dan avtomobillərin hərəkəti dayandırılacaq.
Vaqif Əsədov sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyyə edib.
Modern.az