Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə və miqrasiya orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif ediliblər:
Abdullayev İsmayıl Əli oğlu
Əhmədov Əsgər Məmməd oğlu
Kazumov Orxan Vahid oğlu
Mehdiyev Əli Mehdi oğlu
Nağıyeva Aygün Nizami qızı
Modern.az