Modern.az

Deputat 37 seçicisinin problemi ilə məşğul olub – FOTOLAR

Deputat 37 seçicisinin problemi ilə məşğul olub – FOTOLAR

19 Mart 2013, 10:11
Quba   rayonundan   millət   vəkili   seçilmiş   Vahid   Əhmədovun   rayonda   seçiciləri   ilə  növbəti  görüşü  və   qəbulu   Novruz   bayramı   ərəfəsində   baş   tutub. Deputatın köməkçisi Arif Orucovun  Modern.az-a bildirdiyinə görə, dünən  V.Əhmədov Quba   şəhərindəki   ofisində   toplanmış   seçiciləri   ilə  görüşən   millət vəkili   onları   Novruz   bayramı   münasibəti   ilə   təbrik   edib.
Sonra   qəbula   yazılmış   seçicilərı   onların   xahişinə   uyğun   olaraq   tək-tək   qəbul   edib. Ümumilikdə   qəbula   37   nəfər   Quba   və   qonşu   Xaçmazdan   olan   sakinlər   gəlib. Qəbul   zamanı   əhalini   narahat   edən   bir   çox   məsələlər, o cümlədən   mənzillərin   verilməsi, ev   tikmək   üçün   torpaq   sahəsinin   ayrılması, işlə   təmin   olunma, Quba   hadisələri   ilə   bağlı   tutulanların   əfv   olunması, evlərin   təmiri   və   bir   sıra   başqa   məsələlər   qaldırılıb. Elə   qəbul   prosesində   bir   çox   məsələlərin   həlli   istiqamətində   imkanlar   araşdırılıb, müvafiq   rayon   təşkilatlarına   müraciətlər edilib. Qalan   məsələlər    həlli   olunması üçün   nəzarətə   götürülüb.

Qəbuldan   sonra   rayonun   Qəçrəş   kəndində   deputatın   təşşəbüsü   və   köməyi   ilə  quraşdırılmış   su   xəttinin   açılış   mərasimi   olub. Aşılışda   rayon   İcra   Hakimiyyətinin   başçısı   Mübariz   Ağayev, kənd   sakinlərinin   nümayəndəsi, millət   vəkili   Vahid   Əhmədov   və   başqaları   çıxış   ediblər.
Qeyd   etmək   lazımdır   ki, su   mürrəkəb   relyefı   olan   kəndə   30   km   məsafədə yerləşən   təbii   bulaqlardan     müxtəlif   diametrli   borularla   gətirilib   və   məhlələr    arasında   bölüşdürülüb, ümumi   istifadə   üçün   bir   neçə   bulaq   kompleksi   quraşdırılıb. Gələcəkdədə   belə   tədbirlərin   həyata   keçirilməsı   nəzərdə   tutulub.










Modern.az


 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular