Modern.az

Ali məktəblərə və kolleclərə ixtisas seçimi bu tarixdən BAŞLAYIR

Ali məktəblərə və kolleclərə ixtisas seçimi bu tarixdən BAŞLAYIR

Təhsil

1 Avqust 2022, 14:30

Ali təhsil müəssisələrinə və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi günləri müəyyən edilib.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqustda həyata keçiriləcək.

 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi isə 8-17 avqustda aparılacaq.

 

İxtisas seçimi ilə əlaqədar “Abituriyent” jurnalının müvafiq nömrələri ixtisas seçiminin başlanılmasından bir neçə gün öncə nəşr olunacaq.

 

DİM abituriyentlərin nəzərinə çatdırır ki, elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Abituriyent məsləhət mərkəzləri” haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu