Modern.az

Bakcell təqdimat keçirib - FOTOLAR

Bakcell təqdimat keçirib - FOTOLAR

19 Mart 2013, 14:19

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə səmadan çəkilmiş şəkillərin misilsiz kolleksiyası olan "Azərbaycan: Səmadan Baxış" kitabını təqdim edib. Bu kitabda toplanan şəkillər Azərbaycanı yenidən kəşf etmək imkanını yaradır. Bu şəkillər əfsanəvi ölkəmizin rəngarəng və gözəl təbiətinə tam yeni bir baxışdır.

  Bakcell şirkətinin dəstəyi ilə həyata keçirilmiş bu layihə, ArtGroup Istanbul şirkəti və tanınmış Alban fotoqrafçı Alket İslami tərəfindən hazırlanmışdır.   “Keçən il həyata keçirdiyimiz layihələrdən görünür ki, Bakcell şirkəti daima olaraq Azərbaycanın mədəniyyəti, ədəbiyyatı və idmanına öz töhfəsini verməyə çalışır. Biz həmin sahələr üzrə olduqca nəhəng layihələrə dəstək göstərməkdəyik. 
Bu kitabda toplanan şəkillər Azərbaycanı tam yeni və misilsiz bir tərzdə göstərir: təbiətin müxtəlifliyi və gözəlliyini təsvir edir. Hamınızı Sizi əhatə edən gözəllikdən həzz almağa dəvət edirik. Azərbaycan çox gözəl bir ölkədir və bu gözəlliyin 92 faizini Bakcell-in şəbəkəsi ilə əhatə etməyimizdən qürur duyuruq” - deyə Bakcell şirkətinin Baş direktoru cənab Riçard Şirer bildirmişdir. Foto çəkiliş 2012-ci ilin İyul ayında baş tutmuşdur. 

Bakcell tərəfindən seçilmiş 102 unikal şəkil "Azərbaycan: Səmadan Baxış" adlı kitabda toplanmışdır. “Mən hər zaman Albaniyadan kənarda bir layihə həyata keçirməyi arzu etmişəm və bu gözəl layihəni Azərbaycanda həyata keçirmək haqqında dəvəti böyük sevgi hissi ilə qəbul etdim.  Dəvəti aldıqdan sonra etdiyim ilk şey Google Earth proqramında Azərbaycan təbiətinin mənzərəsini nəzərdən keçirmək oldu! Buraya gəlməmişdən əvvəl şəkillərin nə qədər gözəl alınacağını artıq təsəvvür edirdim. Hətta ilk şəkli çəkərkən əmin oldum ki, bu gözəl və rəngarəng ölkənin mənzərələri Sizin hamınızı heyran edəcək” - deyə Alket İslami bildirmişdir.

"Azərbaycan: Səmadan Baxış" kitabının təqdimat mərasimində 6 seçilmiş şəkilin auksionu keçirilib və 4000 AZN-dən artıq məbləğdə vəsait toplanmışdır.  Bakcell həmin məbləği ikiqat artıraraq Şirkətin “Bakcell Stars” adlı KSM proqramı çərçivəsində həyata keçirilən xeyriyyə layihələri üçün sərf edəcəkdir.  









Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu