Modern.az

I qrupun rekordçusu - \"Mühəndis olacağam\"

I qrupun rekordçusu - \

3 Avqust 2022, 17:24

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul 2022-ci ildə keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. 1-ci ixtisas qrupu üzrə ən yüksək balı Mobil Həsənov adına Rəncbərlər kənd tam orta məktəbinin şagirdi Nərmin Sadıqlı toplayıb. O, 697.5 bala sahib olub.

 

Nərmin Sadıqlı təəssüratlarını Modern.az-la bölüşüb.

 

Gənc qız imtahan nəticələrinə görə, çox sevincli olduğunu deyib:

 

"Belə yüksək bal yığdığım üçün sevincliyəm. Qarşıma məqsəd qoymuşdum. İki il ərzində hazırlaşdım. Bu müddətdə bütün gücümü dərs oxumağa yönəltmişdim. İmtahan verdiyim fənlərdən repetitorların yanına gedirdim. Çox şükür ki, nəticəsini gördüm".

 

N.Sadıqlı qeyd edib ki, UFAZ universitetində təhsil almaq fikrindədir: "İxtisas olaraq, mühəndisliyi seçəcəyəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi