Modern.az

Bu il 49 abituriyentin nəticəsi LƏĞV EDİLİB

Bu il 49 abituriyentin nəticəsi LƏĞV EDİLİB

4 Avqust 2022, 09:48

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ümumilikdə 49 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

Modern.az DİM-in saytına istinadən xəbər verir ki, onlardan 28-i II və III, 21-i isə I və IV ixtisas qrupu üzrə imtahan verənlər olub.

 

İmtahan nəticəsi ləğv olunan 25 abituriyent qəbul imtahanlarının I cəhdi, 24-ü isə II cəhdində iştirak edərək qaydaları pozub.

 

Qeyd edək ki, DİM-in elan etdiyi qaydalara əsasən II cəhd imtahanlarında qayda pozan abituriyentin I cəhd imtahanında topladığı nəticəsi də ləğv olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu