ARDNŞ-in “Azərikimya” İstehsalat Birlıiyi müəssisələrdə vakansiya yerlərinə qəbul üzrə müsabiqə elan edib
Modern.az xəbər verir ki, “Azərikimya” aşağıdakı vakansiyalar üzrə işçi axtarır.
Etilen-polietilen zavoduna
1. Mexanika-turbin kompressorlarının və buxar turbinlərinin təmiri üzrə mühəndis
2. Mühəndis-proqramlaşdırıcı
3. Nəzarət-ölçü cihazları və avtomatika üzrə mühəndis
4. Rele mühafizəsi və avtomatika üzrə mühəndis
Təmir-tikinti İdarəsinə
1. İnşaat üzrə mühəndis
Qeyd: - Bütün vakansiyalar üzrə müvafiq ali təhsil və Sumqayıt qeydiyyatı mütləq şərtdir.
- Müsabiqə iki mərhələdən ibarət olacaq: test və müsahibə.
- Hər iki mərhələ Sumqayıtda, “Azərikimya” İstehsalat Birliyində keçiriləcək.
İşə qəbul üçün müraciətlərin son tarixi – 30 mart 2013-cü il
Əlavə məlumatı www.socar.az saytının “karyera” (işə qəbul - vakansiya) bölməsindən almaq olar.