Modern.az

İsrail Türkiyədən rəsmən üzr istədi - HADİSƏ

İsrail Türkiyədən rəsmən üzr istədi - HADİSƏ

22 Mart 2013, 20:28

 

 İsrail Mavi Mərmərə hücumuna görə Türkiyədən üzr istəyib. Modern.az bildirir ki, İsrail üzr istəməklə yanaşı təzminatı da qəbul edib.

İsrailin baş naziri Binyamin Netanyahu Mavi Mərmərə hücumuna görə üzr istəməklə yanaşı eyni zamanda Mavi Mərmərə hücumunun hər iki tərəfin münasibətlərini pozduğuna görə təəssüf etdiyini deyib. Baş nazir Ərdoğan da öz növbəsində Netanyahunun üzürünü qəbul edib.

ABŞ prezidenti Barak Obama “Ümid edirik ki, Erdoğan Netanyahu görüşməsi əlaqələri dərinləşdirəcək. Regional sülh və Təhlükəsizlik baxımından Türkiyə İsrail arsındakı əlaqələrin yaxşılaşmasına böyük önəm veririk”-deyə məsələyə münasibət bildirib.


Şahanə RƏHİMLİ 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu