Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın zamanı 2 azyaşlı tüstüdən zəhərlənib və Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın saat 18:08-də yanğınsöndürənlər tərəfindən söndürüüb.
Modern.az