Modern.az

Məktəbəhazırlıq üçün məktəb seçimi başlayır

Məktəbəhazırlıq üçün məktəb seçimi başlayır

Təhsil

8 Avqust 2022, 10:42

Bu gündən etibarən Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesinə başlanılır.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb seçimi prosesinə isə avqustun 11-də start veriləcək.

 

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

 

Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi