Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qəza sektoruna səfər etmək niyyətindədir. Bu barədə "Həmas" təşkilatının lideri İsmayıl Haniyənin sözlərinə istinadən "CNN Türk" telekanalı xəbər yayıb.
Amma Ərdoğanın səfərinin vaxtı hələ dəqiq məlum deyil. Onun sözlərinə görə Türkiyə və İsrail arasında əlaqələrin normallaşması, rəsmi Ankaranın diplomatik qələbəsidir.
"Mən əminəm ki, əgər İsrail Türkiyəyə Qəza sektorunun blakadasının aradan qaldırmağa söz veribsə, rəsmi Təl-Əviv vədinə əməl edəcək", -deyə Haniyə bildirib
Şahanə RƏHİMLİ