Modern.az

Gürcüstan təkzib etdi: azərbaycanlı dənizçilər saxlanılmayıb

Gürcüstan təkzib etdi: azərbaycanlı dənizçilər saxlanılmayıb

23 Mart 2013, 12:38

Gürcüstan Türkiyəyə məxsus “Aydar” adlı yük gəmisinin saxlanılması barədə məlumatları təkzib edib. Modern.az-ın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, Gürcüstan rəsmiləri Türkiyəyə məxsus gəminin saxlanılmadığını açıqlayıblar. Bildirilib ki, "Aydar" gəmisi və onun heyətinin saxlanılmasına dair məlumatların həqiqətə uyğun deyil.

""Aydar" gəmisinin hazırda Potidə olduğu bildirilir. Nə gəmi, nə də onun heyyəti saxlanılmayıb". 

Qeyd edək ki, içərisində 4 azərbaycanlı dənizçi olmaqla Türkiyəyə məxsus "Aydar" gəmisinin Gürcüstan sərhədçiləri tərəfindən saxlanıldığı bildirilirdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu