Modern.az

Sabah Bakıda yağış, rayonlarda sulu qar yağacaq

Sabah Bakıda yağış, rayonlarda sulu qar yağacaq

23 Mart 2013, 17:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 24-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 750 mm civə sütunundan 762 mm civə sütununa yüksələcəkdir. Nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 1-6° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 0°-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan,Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti,
dağlarda gecə 0-5° isti, gündüz 5-7° isti olacağı gözlənilir

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu