Modern.az

Şamaxıda ər və arvad yol qəzasında öldü

Şamaxıda ər və arvad yol qəzasında öldü

23 Mart 2013, 19:19

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qobustan rayonunda Bakı-Şamaxı yolunun 103-cü kilometrliyində vətəndaşa məxsus “Nissan” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü və sərnişini aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:11-də başa çatıb.

Qeyd edək ki, hadisə zamanı  Məmmədəlizadə Tofiq Səməd və onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Məmmədəlizadə Gültəkin Nəsrullah qızı dünyasını dəyişib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu