Modern.az

Gəncədə Dövlət Yol Polisi İdarəsinin rəisi işdən çıxarılıb

Gəncədə Dövlət Yol Polisi İdarəsinin rəisi işdən çıxarılıb

24 Mart 2013, 12:02
Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Rafiq Məmmədov işdən çıxarılıb. Gəncə şəhər Baş Polis İdarəsindən "Azadlıq" radiosuna verilən məlumata görə, onun vəzifəsinə hələ yeni rəis təyin olunmayıb.

Rəisin işdən azad olunmasının səbəbi bilinmir.
 
Rafiq Məmmədov 2012-ci ilin fevralından bu vəzifədə çalışırdı.

Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin bundan əvvəlki rəisi Fazil Cəfərov isə 2011-ci ilin oktyabrında təqaüdə göndərilib.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu