Modern.az

Paytaxt sakini evində yanaraq ölüb

Paytaxt sakini evində yanaraq ölüb

24 Mart 2013, 15:01

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda 1942-ci il təvəllüdlü Roşkova Svetlana Anatolyevnaya məxsus ümumi sahəsi 25 kv.m olan birotaqlı mənzildə 3 kv.m sahədə məişət tullantıları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu