Modern.az

İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

24 Mart 2013, 17:41

Prezident İlham Əliyev  Yunanıstan prezidenti  Karolos Papulyasa təbrik məktubu göndərib. Modern.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ölkə başçısının təbrik məktubunda deyilir:

“Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan-Yunanıstan əlaqələrinin, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim firavanlıq və tərəqqi arzulayıram”

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu