Modern.az

Saakaşvili parlamentin təcili iclasını çağırdı

Saakaşvili parlamentin təcili iclasını çağırdı

24 Mart 2013, 19:33

Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə parlamentinin növbədənkənar iclasının çağırılması ilə bağlı sərəncam imzalayıb. Modern.az-ım gürcü KİV-lərinə istinadən verdiyi xəbərə görə, Gürcüstan parlamentinin növbədənkənar iclasının sabah saat 14.00-da keçiriləcəyi haqda qərar qəbul olunub.

İclasda 49 məsələyə baxılacaq.

Qeyd edək ki, gündəliyə gətirilən məsələlər arasında prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan Konstitusiya dəyişiklikləri də yer alıb.  “Ümumi məhkəmələr haqqında” qanun layihəsi istisnadır.

Bu qanun layihəsi Venesiya Komissiyasının tövsiyyələrinə zidd olduğu üçün Saakaşvili onu müzakirəyə çıxarılacaq sənədlər siyahısından çıxarıb. 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu