Modern.az

Məktəbli formaları ilə bağlı GÖSTƏRİŞ VERİLDİ

Məktəbli formaları ilə bağlı GÖSTƏRİŞ VERİLDİ

Təhsil

11 Avqust 2022, 09:31

Orta ümumtəhsil müəssisələrinə məktəbli formalarının seçimi ilə bağlı göstəriş verilib.


Modern az-ın əldə etdiyi xəbərə görə, direktorlar bu barədə sinif rəhbərlərinə məlumat veriblər.

 

Bildirilib ki, məktəbli formaları üçün bir neçə rəng seçimi olsa da, ağ və göy, açıq və tünd xaki rənglərindəki geyimlərə üstünlük verilib.


Göstərişdə birinci sinif şagirdləri üçün yeni məktəbli formalarından istifadənin mütləq olduğu diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, digər siniflər üzrə bir il müddətində əvvəlki formalardan istifadəyə icazə verilir. Lakin növbəti ildən bütün siniflərdə yeni məktəbli formalarından istifadə məcburi olacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi