Bu gündən tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi prosesinə start verilir.
Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.