Modern.az

Bakıda bir villanı 8 milyon dollara satışa çıxardılar - FOTO

Bakıda bir villanı 8 milyon dollara satışa çıxardılar - FOTO

25 Mart 2013, 13:07

”Görən deyir bu villa, hansı bəxtəvərindir?”… Yəqin ki, bu sözləri Bakıdakı yoxsullar varlıların imarətlərinin yanından ötüb keçəndə istər-istəməz ağıllarından keçirilər…
Bəli, Bakı şəhərində “pulunu balta kəsməyən” bir çox varlı insanlar möhtəşəm villalara malikdirlər.
Modern.az saytının məlumatına görə, bu günlərdə paytaxtda dəyəri bir neçə milyon dollarla ölçülən belə imarətlərdən birinin satışa çıxarıldığı barədə élan verilib.
İnternetdə alqı-satqı elanları dərc edən “bina.az”da həmin villanın qiyməti açıqlanıb. Belə ki, Bakının Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində yerləşən 4 mərtəbəli, 9 otaqlı, sahəsi 1200 m² olan bu villanı sahibi nə az-nə çox, düz 6 milyon 280 min manata (təxminən 8 milyon dollar) satışa çıxarıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu