Modern.az

Abşeronda dəhşətli qəza: bir ailənin 4 üzvü öldü

Abşeronda dəhşətli qəza: bir ailənin 4 üzvü öldü

25 Mart 2013, 14:35

Abşeron rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Abşeronun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ayəddin Abbasovun idarə etdiyi "Hyundai-Sonata" markalı və Urfan Şahbudaqovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alan U. Şahbudaqov və onun sərnişinləri - anası Bahar, qızı Fidan və qohumu Sevinc xəstəxanaya aparılarkən yolda ölüblər. Digər sərnişinlər – U. Şahbudaqovun oğlu Natiq, Bakı şəhər sakinləri İdris Şahbudaqov, Aydan Şahbudaqova, Xalidə Babayeva, habelə Ayəddin Abbasov və onun sərnişini Samirə Cəbrayılova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. 

 Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu