Modern.az

Nazirlikdən məktəbli formaları ilə bağlı AÇIQLAMA

Nazirlikdən məktəbli formaları ilə bağlı AÇIQLAMA

Təhsil

11 Avqust 2022, 16:45

Elm və Təhsil Nazirliyi məktəbli formalarının seçilməsi ilə bağlı açıqlama verib.

 

Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlar tərəfindən orta ümumtəhsil müəssisələrinə məktəbli formalarının seçiminə dair xüsusi göstəriş verilməyib.

 

Məlumata görə, formalarla bağlı məsələ Nazirlər Kabinetinin müvafiq qaydaları əsasında tənzimlənir.

 

Qeyd edək ki, məktəb direktorları formaların seçimi ilə bağlı onlara nazirlik tərəfindən göstəriş verildiyini bildiriblər. Sinif rəhbərlərinə deyilib ki, məktəbli formaları üçün bir neçə rəng seçimi olsa da, ağ və göy, açıq və tünd xaki rənglərindəki geyimlərə üstünlük verilib.

 

Bundan əlavə, birinci siniflər üçün yeni formaların alınmasının mütləq olduğu nəzərə çatdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi