Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən Qazaxıstan Respublikasının Manqistau vilayətində və digər bölgələrində yaşayan və təhsil alan azərbaycanlı tələbə-gənclər arasında əlaqələrin qurulması və onların azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi məqsədi ilə www.azstudents.kz saytı yaradılıb.
Saytda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası haqqında geniş informasiyalar yerləşdirilib. Saytda həmçinin oxucular azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən tədbirlər, görülən işlər barədə məlumatlarla gündəlik xəbərlər çarxında tanış ola bilərlər.
Veb-resursda gənclərin bir-biri ilə ünsiyyət qurması üçün çat, həmçinin digər sosial şəbəkələrdə olan azərbaycanlı gənclərin qruplarına daxil olmaq imkanı yaradılıb.
Ləman Ağayeva