Bu il IV ixtisas qrupu üzrə 700 bal toplayan Nigar Ağazadə Azərbaycan universitetlərindən imtina edib.
Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Bildirilir ki, Nigar burs qazanaraq Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunub.
Qeyd edək ki, Nigar Ağazadə 125 nömrəli tam orta məktəbin məzunudur. O, qəbul imtahanının I mərhələsində 300 bal, ikinci mərhələsində isə 400 bal toplayaraq maksimal nəticə göstərib.
Nigar bundan öncə Modern.az-a müsahibəsində həkim olmağı arzuladığını, bu məqsədinə çatmaq üçün Azərbaycan Tibb Universitetini seçəcəyini bildirmişdi.
Həmçinin oxuyun:
700 bal toplayan qız: “Birinci olmaq möhtəşəm hissdir”