Modern.az

Müəllim namizədlərinə XƏBƏRDARLIQ

Müəllim namizədlərinə XƏBƏRDARLIQ

15 Avqust 2022, 11:37

Təhsil İnstitutu ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərə xəbərdarlıq edib.

 

İnstitutun İnsan Resursları Mərkəzindən Modern.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib.

 

Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq.

 

Əlavə olaraq həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu