Modern.az

Bu ixtisaslarda keçid balı çox yüksək olacaq - Məleykə Abbaszadə

Bu ixtisaslarda keçid balı çox yüksək olacaq - Məleykə Abbaszadə

Təhsil

16 Avqust 2022, 11:36

"I qrupda kompüter elmləri, mühəndisliyi və informasiya texnologiyaları ixtisaslarında çox yüksək keçid ballarının olacağı gözlənilir".
 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.
 

"10 il qabaq kimsə desəydi ki, hüquq fakültəsinin keçid balı informasiya texnologiyaları ixtisaslarından az olacaq, heç kim inanmazdı. Bu il belə olacaq. Əmək bazarında baş verən dəyişiklikləri abituriyentlərin ixtisas seçimində də görürük. Bəzən ixtisas seçimləri çox zaman kortəbii aparılır. Yaxşı olardı ki, valideynlər uşaqları ilə birgə müzakirələr aparsınlar", - DİM sədri vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu