Modern.az

Bu il tələbə olmaq istəyənlərin sayı ARTIB

Bu il tələbə olmaq istəyənlərin sayı ARTIB

16 Avqust 2022, 11:34

Bu il ali məktəblərə qəbul üçün ərizə verənlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında söyləyib.

 

Onun sözlərinə görə, bütün qruplar üzrə ərizə verənlərin sayı ötən il ümumilikdə 78 min 622 olub, bu il isə 99 min 533 nəfərdir. Ümumilikdə 20 min 911 nəfər artıb.

 

Qeyd edək ki, avqustun 16-dan başlanan ixtisas seçimi 28-dək davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal