Modern.az

Ağalıda müəllim işləmək istəyənlər üçün ŞANS 

Ağalıda müəllim işləmək istəyənlər üçün ŞANS 

Təhsil

17 Avqust 2022, 14:43

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçiminə start verilir. 

 

Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, vakansiya seçimində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. 

 

Müraciət etmək üçün aşağıdakı linkə daxil olaraq müvafiq məlumatları və vakansiyanı qeyd edərək sorğunu tamamlamaq lazımdır. 

 

Vakansiya seçimi üçün son müraciət tarixi 19 avqust saat 18:00 müəyyən olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu