Xətai rayonunun keçmiş icra başçısı, hazırda “Borçalı” Cəmiyyətinə sədrlik edən Zəlimxan Məmmədlinin icra başçısı Razim Məmmədla bağlı şikayət məktublarının ardı-arası kəsilmək bilmir. Xətainin icra başçısı Razim Məmmədovdan prezident İlham Əliyevə dəfələrlə şikayət edən Z.Məmmədli bu dəfə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib.
Sabiq icra başçısı qaldırdığı problemlərin həll olunmamasında Hacıbala Abutalıbovu da ittiham edib.
Bakıda elan olunmamış müharibə gedir...
“Təmənna güdmədən rayonumuzu düşmən torpağı kimi qəddarcasıma dağıdanlara qarşı mübarizə başlamışam. Bilirəm siz onlara haqlı olaraq inanmırsınız. Bildiyimiz və bilmədiyimiz bütün eybəcərliklər bütün Bakıda var, amma Xətai rayonunda elan olunmamımş müharibə gedir.Düşündüm ki, indiki başçı Razim mənim də əski həmkar olduğumu nəzərə alacaq, ədəb-ərkan göstərəcək, bir vasitə ilə ya mənə, ya da ittihamlarınmıza yazılı şəkildə cavab verəcək. Cavab verməməklə həm əxlaqını nümayiş etdirdi, həm də bu rayonun qənimi olduğunu, "burda mənəm bağdadda kor xəlifə" təkəbbür prinsipi ilə davranır və ciddi xətalar edir. Sanki quduzlaşma prosesi gedir. Mən Prezident Əbülfəz Elçibəyin sərəncamı ilə başçı vəzifəsində ləyaqətlə fədəkarlıq edən Zəlimxan Məmmədli olaraq səndən tələb edirəm.
Bakı merindən tələb edirəm: Hacıbala müəllim Allaha and olsun ki, ayıbdır. Bu rüsvayçılığı dayandırın və baş verənlərlə bağlı rəsmi açıqlama verin”-deyə Xətainin keçmiş icra başçısısı narazılığını bildirib.
Anar RÜSTƏMOV