Modern.az

Direktorlar maaşdan əlavə bu qədər pul alacaqlar

Direktorlar maaşdan əlavə bu qədər pul alacaqlar

Təhsil

22 Avqust 2022, 15:36

Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr

Təhsilalanların sayı (hər il yanvarın 1-i tarixinə)

Direktorun vəzifə maaşına aylıq əlavə (manatla)

Direktor müavininin vəzifə maaşına aylıq əlavə

(manatla)

500-dən 700-dək

600

200

700-dən 900-dək

750

250

900-dən 1300-dək

900

300

1300-dən 1700-dək

1050

350

1700-dən 2100-dək

1200

400

2100-dən 2500-dək

1350

450

2500-dən çox

1500

500

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu