"Bir çox ailələrdə valideynlər rus dilində bilmir, danışmır. Amma uşaqlarını aşağı yaşda rus dilində təhsilə cəlb edirlər".
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
"Valideynlərin seçiminə hörmətlə yanaşıram. Amma bunu seçəndə nəzərə almaq lazımdır ki, həmin uşaqlara gələcəkdə kim dərs deyəcək?", - deyə nazir vurğulayıb.